51ci bölgəyə gedənlərin sayı 1.5 milyonu keçdi


Digərləri 23 İyl 2019 08:41:00 192 0

51ci bölgəyə gedənlərin sayı 1.5 milyonu keçdi

51-ci bölgəyə getmək istəyi hər gün daha da artır. Bir neçə gün əvvəl 1 milyon iştirakçı sayını keçən bu tədbir hazırda 1.6 milyon iştirakçı sayına çatıb.

Son.az chip.az-a istinadən bildirir ki, sosial media bir neçə gündür ki, Facebookdakı tədbirdən danışır. "Caps" adlandırılan postları paylaşaraq istifadəçiləri əyləndirmə məqsədli bir səhifə tərəfindən yaradılan bu tədbirdə ABŞ hökumətinin yadplanetlilərlə bağlı işlər gördüyü və həmin məlumatları gizlətdiyi düşünülən 51-ci bölgəyə basqın keçirilməsi planlaşdırılır. "51-ci bölgəni talan edək, nə də olsa hamımızı birdən dayandıra bilməzlər" adı ilə keçirilən bu tədbir hər keçən gün daha da ciddi forma almağa başlayıb.

ABŞ rəhbərliyi tərəfindən məhdudlaşdırılmış olan bu bölgəyə giriş normal şərtlərdə mümkün deyil. Ancaq bu günə qədər saysız-hesabsız mübahisələrə, film və seriallara mövzu olan 51-ci bölgəyə basqın etmək istəyən insanlar düşünürlər ki, kütləvi şəkildə ora getsələr heç kim müdaxilə edə bilməz.

Bəziləri basqınla bağlı planlaşdırmalar edir, bəziləri də illərdir həyatımızda olan və artıq fenomen oyun halına gələn GTA-da olan bölgəyə gedərək oyun içərisində tətbiqlər həyata keçirirlər.  

Tədbirin yaradılmasından bir həftə keçsə də insanların böyük marağı nəticəsində iştirakçı sayı bir neçə gün əvvəl 1.6 milyona çatıb. Çox qısa bir müddət sonra iştirakçı sayının 2 milyon olması gözlənilir.