Misirdə 11 İŞİD üzvü ömürlük həbs cəzasına məhkum edilib


Dünya 23 İyl 2019 08:43:00 243 0

Misirdə 11 İŞİD üzvü ömürlük həbs cəzasına məhkum edilib

Misir məhkəməsi 11 nəfəri İŞİD terror qruplaşmasına üzv olmağa görə ömürlük həbs cəzasına məhkum edib.

Son.az Trend-ə istinadən bildirir ki, məhkum edilən şəxslər Suriyada və İraqda döyüşlərdə iştirak etmək, həmçinin Misirdə hücumlar həyata keçirmək üçün müxtəlif zamanlarda təlimlər keçiblər.

Bundan əlavə, daha iki nəfər isə İŞİD terror qruplaşmasına üzv olmağa görə 15 il həbs cəzasına məhkum edilib.