Suriyadan atılan raket Türkiyədə yaşayış evinə düşüb, yaralananlar var


Dünya 23 İyl 2019 08:33:00 228 0

Suriyadan atılan raket Türkiyədə yaşayış evinə düşüb, yaralananlar var

Türkiyənin Şanlıurfa şəhərində yaşayış evinə raket düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, raketin Suriya ərazisindən atıldığı ehtimal edilir.

Məlumata əsasən, insident nəticəsində 1-i uşaq olmaqla 6 nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatıdırılıblar.

Bildirilir ki, 1 nəfərin vəziyyəti ağırdır.