Qualcomm 242 milyon avro cərimələndi


Digərləri 23 İyl 2019 08:35:00 272 0

Qualcomm 242 milyon avro cərimələndi

Avropa komissiyası Qualcomm şirkətinin 2009-cu ildə 3G bazarındakı dominantlığından suistifadə etdiyinə görə şirkəti 242 milyon avro dəyərində cərimələyib. Bu barədə Gagadget saytı xəbər verib. 2015-ci ildən bəri aparılmış istintaq çərçivəsində sübut etmək mümkün olub ki, Qualcomm şirkəti Huawei ilə ZTE şirkətlərinə özünün UMTS (Universal Mobile Telecommunications System) texnologiyalarının qiymətlərində dempinq edibmiş. Bu üsul ilə Qualcomm şirkəti bazardakı mövqeyini gücləndirmiş və Nvidia şirkətinin strukturuna daxil olan Icera şirkəti ilə rəqabəti aradan qaldırmışdı. Bütün bu proseslər 2009-2011-ci illər üzrə baş vermişdi.

Son.az technote.az-a istinadən bildirir ki, "Qualcomm-un strateji qərarı bazardakı rəqabəti və innovasiyanı zəiflədərək istehlakçıların böyük tələbat ilə potensiala sahib innovasiyalı texnologiyalar sahəsindəki seçimlərini məhdudlaşdırıb. Bunun isə Avropa Birliyinin antimonopoliya qaydalarına zidd olması ilə əlaqədar olaraq biz Qualcomm-u 242 mlyon avro dəyərində cərimələdik" - deyə rəqabət məsələləri üzrə avropalı komissar Margrethe Vestager bildirib. Bu cərimə vəsaiti Qualcomm şirkətinin 2018-ci ildəki gəlirinin 1.27%-ni təşkil edir. İndi isə həmin hadisə yenidən təkrarlanır. Lakin bu dəfə 5G şəbəkəsi sahəsində. Bu dəfə Huawei ilə ZTE şirkətlərinin yerində Apple ilə Samsung şirkətləri durur. Icer-in yerində isə Intel şirkəti durur.