Android Q'nü ilk olaraq hansı Honor smartfonları əldə edəcəklər?


Digərləri 23 İyl 2019 08:15:00 215 0

Android Q'nü ilk olaraq hansı Honor smartfonları əldə edəcəklər?

1 ay bundan öncə Huawei şirkəti özünün 20 ədəd smartfon modelinin Android Q əməliyyat sistemini əldə edəcəyini təsdiqləmişdi. İndi isə şirkətin müstəqil brendi kimi fəaliyyət göstərən Honor-un hansı smartfon modellərinin ilk olaraq yeni əməliyyat sistemini əldə edəcəkləri barəsində məlumat ortaya çıxıb.

Son.az technote.az-a istinadən bildirir ki, ənənəyə sadiq qalaraq siyahıdakı modellərin çoxusunun flaqman modellər olması ilə yanaşı bəzi büdcəli modellər də var. Bu barədə Gizchina saytına istinadən 4pda saytı xəbər verib. Beləliklə Android Q-nü əldə edəcək Honor smartfonları aşağıdakı kimidir:

- Honor 20

- Honor 20 Pro

- Honor 20 Lite

- Honor V20

- Honor 10