İranda 5 bal gücündə zəlzələ olub


Dünya 23 İyl 2019 08:08:00 198 0

İranda 5 bal gücündə zəlzələ olub

İranın cənubunda 5 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, "UTC" vaxtı ilə saat 22:59-da qeydə alınan yeraltı təkanların episentri Bəndər-Lengə şəhərindən 23 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.