Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri YERLƏR


Digərləri 23 İyl 2019 07:45:00 192 0

Azərbaycan vətəndaşlarının səfər üçün daha çox seçdikləri YERLƏR

2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artıb.

Bakı. İlhamə İsabalayeva - 2019-cu ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz artıb. Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, həmin müddətdə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2540,9 min nəfər olub. Ölkə vətəndaşlarının 39,1 faizi İrana, 27,1 faizi Gürcüstana, 18,1 faizi Rusiyaya, 10,2 faizi Türkiyəyə, 5,5 faizi isə digər ölkələrə gedib. Gedənlərin 65,7 faizini kişilər, 34,3 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,4 faiz, Gürcüstana gedənlərin sayı 11,3 faiz, Rusiyaya gedənlərin sayı 7,3 faiz, Türkiyəyə gedənlərin sayı isə 1,4 faiz artıb.