Venesuelanın paytaxtı və 15 ştatı işıqsız qalıb


Digərləri 23 İyl 2019 02:25:00 250 0

Venesuelanın paytaxtı və 15 ştatı işıqsız qalıb

Venesuelanın paytaxtı Karakas və ölkənin daha 15 ştatı elektrik enerjisiz qalıb

Bakı. Venesuelanın paytaxtı Karakas və ölkənin daha 15 ştatı elektrik enerjisiz qalıb. Trend-in "El Nacional" qəzetinə istinadən verdiyi məlumata görə, Karakas metropoliteninin 5 xəttindən 3-ü fəaliyyətini dayandırıb. Xatırladaq ki, mart ayında Venesuelada bir neçə dəfə kütləvi elektrik enerjisinin kəsilməsi baş verib. Venesuela tərəfi baş verənlərdə ABŞ-ı ittiham etsədə, ABŞ Dövlət Departamenti bu ittihamları rədd edib.