"VAZ" yol kənarındakı ağaca çırpılıb


Digərləri 23 İyl 2019 00:29:43 240 0

"VAZ" yol kənarındakı ağaca çırpılıb

Qazax rayonunda minik avtomobili yol kənarındakı ağaca çırpılıb

Bakı . Qazax rayonunda minik avtomobili yol kənarındakı ağaca çırpılıb. FHN-dən Trend-ə verilən məlumata görə, Qazax rayonunun Çaylı kəndində “ВАЗ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.