Azərbaycan nefti bahalaşıb


Digərləri 22 İyl 2019 23:40:00 256 0

Azərbaycan nefti bahalaşıb

Azərbaycan neftinin qiymətləri dəyişib.

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 64,15 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 63,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.