Britaniyada "qızıl viza" böhranı: rus və çinli milyarderlər...


Dünya 22 İyl 2019 23:34:00 240 0

Britaniyada "qızıl viza" böhranı: rus və çinli milyarderlər...

Rusiya və Çin milyarderləri hələ də Böyük Britaniyanın zənginlər üçün müəyyən etdiyi sxemdəki boşluqlardan yararlanaraq həmin ölkənin vətəndaşlığını ala bilirlər.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə "The Sandey Tayms" və "Dispatches Channel 4" saytlarının araşdırmasında deyilir.

Təhqiqat zamanı məlum olub ki, Böyük Britaniyada viza siyasətinə cavabdeh olan Daxili işlər nazirliyi "qızıl viza" sxemi üzrə 2 milyon dollar sərmayə qoyub sonradan vətəndaşlıq almaq istəyən əcnəbiləri yalnız səthi olaraq yoxlayır.

Jurnalistlər bunun üçün xarici milyoner müştərilərinə "qızıl viza" təmin etməklə öyünən hüquqi və fizki şəxslərin danışdıqlarını videogörüntüyə almağa müvəffəq olublar. Həmin varlılar isə ən çox Vladimir Putinin ətrafındakı şəxslərin və Çinin yüksək rütbəli hərbçilərinin yaxınları olublar.

Bundan başqa, bəhs edilən şirkət nümayəndələri Liviyanın mərhum lideri Muəmmər Qəzzafinin oğluna, Taylandın korrupsiyaya bulaşmış nazirin övadına, ökəsində korrupsiya cinayətinə görə təqib edilən bir misiriliyə, Anqolada hərbçilərlə qaranlıq əlaqələrdə şübhəli bilinən eritreyalı mafioza, biznesləri sanksiyalardan zərər görən İran və İraq milyarderlərinə həmin xidməti göstərdiklərini deyiblər.

Onların sözlərinə görə, Daxili işlər nazirliyinin antikorrupsiya yoxlamalarını aşmaq olduqca asandır. Ona görə ki, orda oturan dövlət məmurları ali məktəbləri yeni bitirən təcrübəsiz işçilərdir. Hər hansı şəxslə bağlı yoxlama aparmaq istədikdə isə məmurlar sadəcə Google axtarış saytından istifadə edirlərmiş.