İstanbulda yaşayan Suriya vətəndaşları qeydiyyatı üzrə geri qaytarılır


Dünya 22 İyl 2019 23:00:00 269 0

İstanbulda yaşayan Suriya vətəndaşları qeydiyyatı üzrə geri qaytarılır

Türkiyənin digər şəhərlərində qeydiyyatda olub, İstanbulda yaşayan Suriya vətəndaşlarının qeydiyyatı üzrə geri qayıtmaları üçün 2019-cu il avqustun 29-a kimi vaxt verilib. Bu barədə İstanbul valiliyindən məlumat verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məlumatda rəsmi sənədlərə görə hazırda İstanbulda 1 milyon 69 min 860 xarici vətəndaşın qeydiyyatda olduğu bildirilir. Onlardan 547 min 479-u Suriya vətəndaşıdır. Onlar müvəqqəti qoruma qeydiyyatına alınıb. Hazırda İstanbulda bu qeydiyyat növü dayandırılıb.

Bundan əlavə ölkəyə qanunsuz yollarla daxil olanların da saxlanılaraq ölkələrinə geri qaytarılması istiqamətində tədbirlər görülür.