"Atam akademik, anam da elmlər namizədidir" Azərbaycanlı "Qanuni oğru"


Kriminal 22 İyl 2019 22:55:00 279 0

"Atam akademik, anam da elmlər namizədidir"  Azərbaycanlı "Qanuni oğru"

Belarusda Minsk rayon məhkəməsinin qərarı ilə 10 il müddətində azadlıqdan məhrum edilən azərbaycanlı "qanuni oğru", kriminal aləmdə "Rəşad Gəncinski" kimi tanınan Rəşad İsmayılov məhkəmədə son sözünü deyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kriminal avtoritet sön sözündə həyatı ilə bağlı danışıb, ona qarşı irəli sürülən ittihamları rədd edib:

"Ətraflı danışacam. Silaha gəlincə, mənim şəxsim mühafizəm var. Onların da qanuni silah saxlamaqla bağlı sənədləri mövcuddur. Özümə normal silahı olan mühafizəçi tuta bilirəmsə, qanunsuz silaha nə ehtiyacım var? Mən həmin silahların fotolarını gördüm. Yanımda kimsə bunları gəzdirsə, utanaram. Bizi saxlayanda məndən silah barədə heç nə soruşmadılar. Sadəcə, dedilər ki, bizimlə gəl. Ertəsi gün məndən silah barədə soruşdular. Nəsə bilib-bilmədiyimi sorğuladılar. Mən isə "yox" dedim.

Mən Abxaziyaya gedirdim. Məni orada yaralamışdılar. Üzərimdə hətta dırnaqtutan belə yox idi. Bunu üzərimdə daşımağa icazəm yoxdur.

Pasporta gəldikdə, 2012-ci ildən bu sənəddən istifadə edirəm. Bəli, mənim öz pasportum var. Lakin mən onun harada olduğunu da bilmirəm. Evlərimdən birindədir. Mən Gürcüstanda, Yunanıstanda, çox yerdə olmuşam. Hər yerdə də bu pasportdan istifadə etmişəm. Heç bir yerdə qanun pozuntum olmayıb. Hətta Belarusda belə... Buraya pul xərcləməyə gəlmişəm. Qoy, heç olmasa bir nəfər desin ki, mən burada kimisə incitmişəm...

Uşaqlarıma gəldikdə isə, 4-ü var. Eyni zamanda iki arvadım var, heç biri ilə rəsmi nikahda deyiləm. Mənim inancıma görə, iki həyat yoldaşımın olmasına icazəm var. Arvadlarım heç bir yerdə bir saat belə işləməyiblər.