Bakıda bacısı təhqir edilən şəxs bıçaqlanıb


Digərləri 22 İyl 2019 22:50:00 183 0

Bakıda bacısı təhqir edilən şəxs bıçaqlanıb

Bakıda bacısı təhqir edilən şəxs bıçaqlanıb.

Bakı. Elçin Mehdiyev - Bakıda bacısı təhqir edilən şəxs bıçaqlanıb. Trend-in məlumatına görə, iyulun 21-də, saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 23 saylı ünvanında yerləşən evin 9 nömrəli blokunda Elşən adlı şəxs tanışı, 1987-ci il təvəllüdlü Hüseynov Fuad Zahid oğlunun bacısını təhqir etdiyinə görə aralarında mübahisə yaranıb və F.Z.Hüseynova bıçaqla sol kürək və qarnın ön divarının iki ədəd kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirərək hadisə yerindən qaçıb. Zərərçəkmiş şəxs F.Z.Hüseynov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Azərsutikinti" xəstəxanasına yerləşdirilib və vəziyyəti qənaətbəxşdir.