Qadın şamdanla evləndi


Digərləri 22 İyl 2019 22:20:00 186 0

Qadın şamdanla evləndi

İngiltərənin Lids şəhərinin sakini Amanda Liberti maraqlı qərarla gündəmə gəlib.

Son.az xəbər verir ki, britaniyalı xanım auksiyonda aldığı şamdanla evlənmək qərarına gəlib.

"Onun üçün 400 funt xərcləmişəm, bu, ilk baxışdan məhəbbət idi", - deyə Amanda bildirib.

Şamdana Lümer adı verən qadın onun üçün nişan üzüyü də alıb: "Söz verirəm ki, onu hər gecə parıldadacam. Bilirəm, çoxlarına bu münasibət qəribə gələcək, amma mən dəli deyiləm".

Amandanın Lümerdən başqa şamdanları da var. Daha əvvəl isə o, Nyu-Yorkdakı "Azadlıq heykəli" ilə "evlənmiş", hətta soyadına da onu əlavə etmişdi. Amma uzaq məsafə sonradan onların "ayrılması" ilə nəticələnmişdi.