Miyoma nədir? Səbəblər, müalicə


Digərləri 22 İyl 2019 21:15:00 343 0

Miyoma nədir?  Səbəblər, müalicə

Uşaqlıq miyomaları uşaqlıq toxumasından başlanğıc götürən, ölçüləri, adətən, 1-15 sm aralığında olan xoşxassəli törəmələrdir. Amma daha böyük ölçüdə, nəhəng miomalara da  rast gəlinir. Son.az medicina.az-a istinadən mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.

Miyomalar bəzən fibroid, leyomiyoma və ya fibromiyoma adlanır. Miyomalar qadın cinsiyyət orqanlarının ən çox rast gəlinən törəməsidir. 

35 yaşdan sonra hər üç qadının birində, müayinə zamanı və ya USM ilə müəyyən olunan miyoma mövcud olur. Xəstələrin çoxunda uşaqlıqda birdən çox sayda  mioma qeyd olunur, bəzən 50-dən çox sayda ola bilir.   Qadın hormonu olan estrogen miomaların böyüməsini artırır. Bu səbəbdən miomalar qadında menopauzaya qədər və hamiləlik zamanı 2-3 dəfə ölçüləri artır, menopauza dövründə isə kiçilməyə başlayır.  Amma qadın menopauza dövründə hormonal preparat qəbul edirsə, bu kiçilmə olmur.

Miyomalar uşaqlıq toxumasında yerləşdiyi nahiyəyə uyğun olaraq 3 qrupa ayrılır:   Submukozal Miyomalar - Uşaqlığın daxilinə doğru böyüyən miyomalardır. Ən az təsadüf olunan , amma ən çox qanaxma verən formadır. Qanaxmalar, xüsusən, menusturasiya zamanı qanaxmanın normadan artıq olması və vaxtının uzanması ilə özünü göstərir.   -    İntramural Miyomalar   -    Uşaqlığın əzələ toxumasının içində yerləşmiş miyomalardır.Ən çox rast gəlinən tipdir. Uşaqlıq toxuması içində yerləşən miomadır. Qanaxmalar ,xüsusən, menusturasiya zamanı qanaxmanın normadan artıq olması və vaxtının uzanması ilə özünü göstərir. Həmçinin, bu forma qarında ağrı və ətraf orqanlarda təzyiq nəticəsində müxtəlif şikayətlərin yaranmasına səbəb olur.   -     Subserroz Miyomalar   - Uşaqlığın xaricinə doğru inkişaf edən miyomalardır. Adətən, qanaxma problemlərinə səbəb olmurlar. Daha çox qarının aşağı nahiyyəsində ağrı, bel ağrısı, qarındaxili təziqin artması, daimi qəbizlik və ətrafdakı orqanlara təzyiq nəticəsində müxtəlif şikayətlər yaranır. Miyomanın əlamətləri ? -    Uşaqlıq miyaoasının böyük bir hissəsi heç bir şikayətə səbəb olmur və müalicə lazım olmur. Ancaq miyomaların 10-20%-də ciddi şikayətlər meydana gəlir. Miyomalarda ən çox görülən şikayət adət qanxmalarının uzun və şiddətli olmasıdır. Bu zaman qanaxma çox və laxtalanmış olur. Xroniki qanaxma səbəbi ilə xəstədə anemiya yaranır.

Digər çox rast gəlinən şikayətlər isə bunlardır :