Xarici işlər naziri İordaniyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib


Digərləri 22 İyl 2019 21:00:00 192 0

Xarici işlər naziri İordaniyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul etdi.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi qəbul etdi. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif məsələlərini müzakirə etdilər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi apardılar. Səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehi diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd etdi və bu xüsusda öz təşəkkürünü ifadə etdi. Nazir Elmar Məmmədyarov səfir Nassar İbrahim Məhəmməd Əl-Habaşnehə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu etdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin