Polis evə basqın etdi 1 milyon dollarlıq pul tapıldı


Digərləri 22 İyl 2019 20:36:00 242 0

Polis evə basqın etdi  1 milyon dollarlıq pul tapıldı

Türkiyənin Uşak vilayətinin Banaz qəsəbəsində polisə saxta pul hazırlanması ilə bağlı məlumat daxil olub.

Son.az xəbər verir ki, polis basqını zamanı 3 nəfər tutulub. Onlardan 30 yaşlı Yavuz k. Adlı şəxsin üzərindən ABŞ-da buraxılmış və satışı-yayılması qadağan edilmiş 1 milyon dollarlıq aşkarlanıb.

Polis həmin pulun saxta olub-olmamasının dəqiqləşdirilməsi üçün Türkiyə Mərkəzi Bankına göndərib.

Qeyd edək ki, 1 milyon dollarlıq banknotlar ABŞ-da prestij məqsədi ilə və məhdud sayda dövriyyəyə buraxılıb. (publika.az)