Sumqayıt Dövlət Dram Teatrında mükafatlandırma mərasimi keçirilib (FOTO)


Digərləri 22 İyl 2019 20:35:37 176 0

Sumqayıt Dövlət Dram Teatrında mükafatlandırma mərasimi keçirilib (FOTO)

Sumqayıt Dövlət Dram Teatrının direktoru əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə son vaxtlar həm tamaşaçı ilə yeni ünsiyyət formasının güclənməsinə, həm də yaradıcı heyətə stimul verilməsinə xidmət edən bir çox kreativ layihələr gerçəkləşib.

Bakı. Sumqayıt Dövlət Dram Teatrının direktoru əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə son vaxtlar həm tamaşaçı ilə yeni ünsiyyət formasının güclənməsinə, həm də yaradıcı heyətə stimul verilməsinə xidmət edən bir çox kreativ layihələr gerçəkləşib. 19 iyul mövsümün bağlanışından sonra 20 iyulda kollektivdə mükafatlandırma mərasimi keçirilib. Belə ki, teatrın yaradıcı və texniki heyətini əhatə edən müxtəlif nominasiyalar üzrə qaliblər elan edilib. Qeyd edək ki, qaliblərin seçimi münsiflər heyəti tərəfindən səsvermə yolu ilə həyata keçirilib. Mükafatlandırma mərasimində qaliblərə müvafiq diplomlar təqdim olunub. "Ən yaxşı tamaşa", "Mövsümün ən xarakterik obraz ifaçısı", "Mövsümün ən məhsuldar aktyoru", "Mövsümün ən məhsuldar aktrisası", "Mövsümün ən perspektivli aktyoru", "Ən yaxşı texniki işçi", "Teatrın dostu", "Mövsümün ən işgüzar və intizamlı əməkdaşı" nominasiyaları üzrə müvafiq olaraq "Qarını öldürməliyik" tamaşasının rejissoru Tatyana Şevçenko, Habil Xanlarov, İlqar İbrahimov, Şəhla Məmmədova, İlahə Səfərova, Hüseynağa Novruzov, Əli Nəcəfxanlı, Nizami Dadaşov səhnəyə dəvət olunaraq təltif olunub.