51 dərəcə ilə başlayan DƏHŞƏTLİ FƏLAKƏTİN BAŞLANĞICI: 200 milyon insan bir anda...


Digərləri 22 İyl 2019 20:16:00 217 0

51 dərəcə ilə başlayan DƏHŞƏTLİ FƏLAKƏTİN BAŞLANĞICI: 200 milyon insan bir anda...

Günlər əvvəl xəbərdarlıq edildi, xəbərdarlıq üzərinə xəbərdarlıq verildi.

Son.az xəbər verir ki, ölümcül isti hava dalğası ABŞ və Kanadaya ərazisinə çatıb.

Qitənin şərq sahillərində yaşayan 200 milyon insan bu isti hava dalğasının təsiri altında qalacaq.

ABŞ-ın ən böyük şəhərləri Nyu York və Vaşinqton bürkülü hava ilə artıq tanış olub. Nyu Yorkun bələdiyyə sədri Bill de Blezio şəhərdə fövqəladə vəziyyət elan edib. Tvitter açıqlama verən bələdiyyə sədri "bu isti hava dalğası ciddidir. Şənbə və bazar günləri gerçəkdən də pis keçəcək" sözlərini yazıb. Şəhər miqyasında 500 soyutma mərkəzi Nyu York sakinlərinə xidmət edir. Burada havanın temperaturu 46 dərəcəyədək yüksələcək.

Kanada-ABŞ sərhədində yerləşən Dakotada isti hava asfalt yolların çökməsinə səbəb olub. Bölgədə termometrlər 40 dərəcə isti göstərir.

Detroit şəhərində kəskin isti hava ilə birlikdə şimşəkli fırtınalar ortaya çıxıb. Nəticədə 200 min nəfər elektriksiz qalıb.

"CNN International"ın xəbərinə görə, termometrlər 35 dərəcə göstərsə də, şəhərdə istilik 46 dərəcəyə çatıb.


Xəbərə aid fotolar