EYOF-da iştirak edəcək cüdoçularla görüş keçirilib


Digərləri 22 İyl 2019 20:17:00 204 0

EYOF-da iştirak edəcək cüdoçularla görüş keçirilib

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse prezidenti Sadıq Sadıqov Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən cüdoçular və onların məşqçiləri ilə görüşüb.

Bakı. Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse prezidenti Sadıq Sadıqov Bakıda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən cüdoçular və onların məşqçiləri ilə görüşüb. ACF-dən Trend-ə verilən məlumata görə, Olimpiya Kəndində baş tutan görüşdə əvvəlcə həm oğlanlardan, həm də qızlardan ibarət milli komandanın məşqçiləri nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar respublikamızda və müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar. Mütəxəssislər Olimpiya Festivalında layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. ACF-in vitse-prezidenti federasiya rəhbərliyi adından yeniyetmə cüdoçulara uğurlar arzulayıb.