İki dövlət orqanında 14 vakant yer ümumi müsahibəyə çıxarılıb


Digərləri 22 İyl 2019 19:59:00 211 0

İki dövlət orqanında 14 vakant yer ümumi müsahibəyə çıxarılıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. DİM-dən Trend-ə verilən məlumata görə, elan üzrə 2 dövlət orqanında mövcud olan 14 vakant vəzifə üzrə 14 yer ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 16 müsahibənin keçirilməsi planlaşdırılır. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimin köməkçisi (1 vakant yer üzrə 6 namizəd) vəzifəsidir. Müsahibələrin iyulun 29-dan avqustun 2-dək keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilər.