5 otaqlı ev külə döndü


Digərləri 22 İyl 2019 19:52:26 236 0

5 otaqlı ev külə döndü

Hacıqabul rayonunun Abdulabad kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.