İran 17 MKİ agentini tutduğun açıqladı


Dünya 22 İyl 2019 19:12:00 210 0

İran 17 MKİ agentini tutduğun açıqladı

İran ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin 17 agentini həbs etdiyini açıqlayıb. Onların bəzilərini ölüm cəzası gözləyir.

Son.az musavat.com-a istinadən bildirir ki, xarici agentliklər İranın Milli informasiya və təhlükəsizlik nazirliyinə istinadən həmin casusların fotolarını da yayımlayıb. Məlumatda MKİ-nin İranın bir neçə vətəndaşını pul və ABŞ-a viza almaq sözü ilə ələ aldığı göstərilib. Digərlərinə hətta vətəndaşlıq və yüksək maaşlı iş də vəd olunub.

İRİB dövlət kanalının informasiyasına görə, yerli vətəndaşlardan ibarət agentlər ölkənin əsasən iqtisadi, nüvə, hərbi, infrastruktur sektorlarında çalışırlarmış. Onlarən bir il ərzində ifşa edilərək tutulduqları göstərilib.

"Reuters" isə İran dövlət kanalının MKİ-nin Birləşmiş Ərəb Əmirliklərində çalışan iranlıları necə ələ aldığı barədə sənədli film nümayiş etdirəcəyini xəbər edib.

"Mehr" agentliyi MKİ əməkdaşlarının İslam Respublikası vətəndaşları ilə ilk öncə sosial şəbəkələr vasitəsilə əlaqə qurduqlarını, daha sonra Avropa, Asiya və Afrikada təşkil olunan elmi konfranslarda görüşdüklərini bildirib.