EYOF: Azərbaycanın daha bir güləşçisi gümüş medala layiq görülüb


Digərləri 22 İyl 2019 19:13:00 179 0

EYOF: Azərbaycanın daha bir güləşçisi gümüş medala layiq görülüb

Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Bakı. Azərbaycanın sərbəst güləşçisi Sabir Cəfərov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib. Trend-in məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Rusiya təmsilçisi Fyodor Baltuev ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib. 48 kq-dakı Mircava Nəbiyev isə İsveçrəli Tomas Fişeri məğlub edərək bürünc medal qazanıb.