"Qadın ərindən başqasını sevməməlidir"


Şou-biznes 22 İyl 2019 19:10:00 250 0

"Qadın ərindən başqasını sevməməlidir"

Qadın həyat yoldaşı və övladlarından başqa heç kimi sevməməlidir.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli "X maqazin"ə açıqlamasında deyib. Dünyasını dəyişən həyat yoldaşından bəhs edən müğənni onla bağlı yuxularından danışıb:

"Öləndən üç gün sonra yuxuma girdi. Üşüyürdü, corablarımı çıxarıb geyindi və getdi. Corab da darlıqdır. Dedilər ki, bütün ağırlığını götürüb, özü ilə aparıb".