Velosiped, noutbuk və telefon oğurlayan Bakı sakini saxlanılıb


Digərləri 22 İyl 2019 19:00:00 197 0

Velosiped, noutbuk və telefon oğurlayan Bakı sakini saxlanılıb

Dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini R.Mehdili saxlanılıb.

Bakı. Dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini R.Mehdili saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 17-dən 20-dək olan müddətdə İ.Babayevə məxsus noutbuku və A.Babayevə məxsus velosipedi oğurlamaqda, habelə Y.Salmanlının mobil telefonunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini R.Mehdili saxlanılıb.