Yardımlıda “VAZ” aşdı:


Digərləri 22 İyl 2019 18:30:00 256 0

Yardımlıda “VAZ” aşdı:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Yardımlı rayonunda "VAZ" markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.