EYOF: Azərbaycanın iki qadın güləşçisi gümüş medal qazanıb


Digərləri 22 İyl 2019 18:14:00 201 0

EYOF: Azərbaycanın iki qadın güləşçisi gümüş medal qazanıb

Gültəkin Şirinova və Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərini keçirib.

Bakı. Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova və Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərini keçirib. Trend-in məlumatına görə, Gültəkin Şirinova (46 kq) finalda uduzaraq gümüş medal qazanıb. O, həlledici dueldə Rumıniya təmsilçisi Georgiana-Lavinia Antuka ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Şirinova gümüş medalla kifayətlənib. 61 kq çəki dərəcəsində mübarizə aparan Mərziyə Sadıqova isə həlledici dueldə İtaliya təmsilçisi Aurora Russo ilə üz-üzə gəlib. Rəqibinə 4:10 hesabı ilə məğlub olan Sadıqova gümüş medalla kifayətlənib.