Dənizdə batan 19 yaşlı oğlanın meyiti tapıldı


Digərləri 22 İyl 2019 17:35:00 184 0

Dənizdə batan 19 yaşlı oğlanın meyiti tapıldı

İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.