De Liqtin transfer rekordu yenilənir


İdman 22 İyl 2019 17:32:00 286 0

De Liqtin transfer rekordu yenilənir

Leicester City müdafiəçisi Harri Maquayrı satmağa, nəhayət ki, razılıq verib.

Goal.az-ın xarici mətbuata istinadən məlumatına görə, İngiltərə millisinin üzvü karyerasını Manchester United-də davam etdirəcək.

Klublar arasında danışıqlara artıq yekun vurulub. Leicester Manchester City-nin də maraq dairəsində olan 26 yaşlı mərkəz müdafiəçisini "qırmızı şeytanlar"a satıb. Klublar 80 milyon funt-sterlinqdə ortaq məxrəcə gəliblər. "Mankunianlar" bu məbləğin 70 milyonunu nəğd, 10 milyonunu isə bonus şəklində ödəyəcək.

Bununla da bir neçə gün əvvəl Juventus-a keçən Mattiys de Liqtin rekordu qırılacaq və Maquayr ən bahalı müdafiəçi olacaq.