Süjetə görə Telli Zümrüdlə dalaşıb


Şou-biznes 22 İyl 2019 17:16:00 553 0

Süjetə görə Telli Zümrüdlə dalaşıb

Aşıq Telli Borçalı aparıcı Zümrüd Bədəlova ilə küsülüdür.

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb Zümrüdün aparıcısı olduğu "X maqazin" verilişində onla bağlı yayımladığı süjet olub.

Belə ki, proqramda "Hansı məşhuru çimərlik geyimində təsəvvür etmirsiz" sorğusuna sənət adamlarının əksəriyyəti Tellinin adını söyləyib. Bu isə aşığın xoşuna gəlməyib.

"Telli mənimlə danışmır. Mən nə edim, müğənnilər sənin adını çəkdi, mən də yayımladım" deyə, Zümrüd söyləyib.