TREND Beynəlxalq İnformasiya Agentliyi “22 iyul varisi” adına layiq görülüb


Digərləri 22 İyl 2019 16:40:00 203 0

TREND Beynəlxalq İnformasiya Agentliyi “22 iyul varisi” adına layiq görülüb

Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirilib.

Bakı. Milli mətbuatın yaradılmasının 144-cü ildönümü ilə bağlı Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında sorğu keçirilib. PJB sədrinin müavini Aqil Aslan Trend-ə bildirib ki, sorğuda 52 jurnalist iştirak edib. İştirakçılar 22 iyul Milli Mətbuat Günü münasibətilə keçirilən sorğuda Zərdabiçilik ənənələrinin qorunması, irs-varislik, peşəkarlıq və s. prinsiplərinin mühafizəsi kimi meyarlardan çıxış edərək, qalibləri – “22 iyul varisi” adına layiq olanları - müəyyənləşdiriblər. Respondentlərin rəyi nəticəsində Azərbaycanda “22 iyul varisi” olan televiziya, agentlik, sayt, qəzet, jurnal, radio, o cümlədən qəzet, televiziya və sayt jurnalistləri müəyyənləşib. Beləliklə, “22 iyul varisi” adına layiq görülən media qurumları və jurnalistlərin siyahısını təqdim edirik: