Tanınmış teleaparıcı əməliyyat olacaq


Şou-biznes 22 İyl 2019 16:08:00 297 0

Tanınmış teleaparıcı əməliyyat olacaq

Tanınmış Aparıcı İlham Mirzəyev səhhəti ilə bağlı yaranmış problemi aradan qaldırmaq üçün Türkiyəyə gedib.

Son.az bildirir ki, primetime.az-a açıqlamasında aparıcı deyib ki, uzun müddətdir onurğasında yaranmış qrijadan (fəqərəarası disklərin yırtığı) əziyyət çəkir. İlham artıq müalicələrə başlayıb:

"Onurğamdakı problem necə illərdir ki, mənə əziyyət verir. Amma qorxuram ki, ayaqlarım tutula bilər və yeriyə bilmərəm. Buna baxmayaraq bu əziyyətdən qurtulmaq üçün yeganə çıxış yolu əməliyyatdır. Allah bütün xəstələrə şəfa versin, mən də içində".