Paytaxt məktəblisi festivalda I yeri tutub (FOTO)


Digərləri 22 İyl 2019 15:31:00 227 0

Paytaxt məktəblisi festivalda I yeri tutub (FOTO)

Paytaxt məktəblisi XV Avropa Gənclər Olimpiya Festivalında sərbəst güləş üzrə I yeri tutub.

Bakı. İlhamə İsabalayeva - Paytaxt məktəblisi XV Avropa Gənclər Olimpiya Festivalında sərbəst güləş üzrə I yeri tutub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, Bakıda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalında 136 nömrəli tam orta məktəbin X sinif şagirdi Fərid Sadıxlı sərbəst güləş üzrə yarışda ən yüksək pilləyə - I yerə layiq görülüb. Qeyd edək ki, paytaxtda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalına 50 Avropa ölkəsindən nümayəndə heyəti qatılıb.