Dundalk - Qarabağ cütünün Avroliqadakı potensial rəqibi bəllidir
İdman 22 İyl 2019 15:21:00 253 0
Goal.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirindən Avroliqaya düşən klubların potensial rəqibləri müəyyənləşib.
Avropa Liqasının Çempionlar yolunda 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
Təmsilçimiz Qarabağ-ın da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Dundalk səddində ilişəcəyi təqdirdə hansı komandalarla qarşılaşa biləcəyi məlum olub. Ağdam klubu İrlandiya təmsilçisinə uduzsa, Avropa Liqasının 3-cü təsnifat mərhələsində Slovan (Slovakiya) - Ferronikeli (Kosovo) cütünün qalibinə rəqib olacaq. Qarabağ-ın Avroliqaya düşsə, 3-cü mərhələdə ilk oyununu səfərdə keçirəcək.
Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.
Mənbə: goal.az