"Zidanın hərəkəti biabırçılıqdır" - Beylin meneceri


İdman 22 İyl 2019 15:00:00 309 0

"Zidanın hərəkəti biabırçılıqdır" - Beylin meneceri

Qaret Beylin meneceri Conatan Barnett Real-ın baş məşqçisi Zinəddin Zidanın uelsli yarımmüdafiəçinin komandadan ayrılacağı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Goal.az xəbər verir ki, agent fransalı mütəxəssisin hərəkətini biabırçılıq adlandırıb:

"Zidanın hərəkəti biabırçılıqdır. O, Real üçün bu günə qədər çox iş görmüş futbolçuya hörmət etmir".

C. Barnet də öz növbəsində Beylin Real-dan gedə biləcəyini təsdiqləyib. Menecer futbolçunun başqa komandaya transferi ilə məşğul olduqlarını bildirib.

Qeyd edək ki, Zidan dünən gecə Beynəlxalq Çempionlar Kubokunda Bayern Munich ilə oyundan (1:3) sonra jurnalistlərə açıqlamasında Beylin yaxın günlərdə "kral klubu"ndan ayrılacağını deyib: "Beyl Real-dan ayrılacaq. Ümid edirəm ki, bu çox tezliklə baş verər. Onu gedişini gözləyirik".