Sorğu: Məişət zorakılığına məruz qalan hər 4 qadından biri qeyri-rəsmi nikahdadır


Digərləri 22 İyl 2019 14:33:00 57 0

Sorğu: Məişət zorakılığına məruz qalan hər 4 qadından biri qeyri-rəsmi nikahdadır

Azərbaycanda aparılmış sosioloji sorğunun nəticəsinə görə, məişət zorakılığına məruz qalan qadınların demək olar ki, hər dörddən biri qeyri-rəsmi nikahda olanlardır.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda aparılmış sosioloji sorğunun nəticəsinə görə, məişət zorakılığına məruz qalan qadınların demək olar ki, hər dörddən biri qeyri-rəsmi nikahda olanlardır. Bunu Trend-ə məişət zorakılığına məruz qalmış qadınlarla bağlı sosioloji sorğu keçirən şəxslərdən biri - müstəqil ekspert İsmayıl Kərimov deyib. Ekspertin sözlərinə görə, aparılan sorğunun nəticələrindən belə məlum olur ki, zorakılığa məruz qalanlar arasında ən yüksək depressiya həddi boşanmışlar, daha sonra isə qeyri-rəsmi nikahda olanlarda, ən yüngül depressiya isə rəsmi nikahda olan və dul qadınlarda müşahidə edilib. İ.Kərimov əlavə edib ki, məişət zorakılığına məruz qalmış qadınların nikaha daxil olma üzrə ortalama yaşı ölkə üzrə göstəricidən ən azı 4 yaş kiçikdir. Bu qrupda erkən nikah hallarına daha çox rast gəlmək mümkündür. Məişət zorakılığına məruz qalmış qadınların ailələrində gəlir səviyyəsi də çox aşağıdır. Belə ki, ailədə fərd başına düşən gəlir ölkə göstəricisindən 40% aşağı olub: “Məlum olub ki, məişət zorakılığından şikayət edən qadınların 71,7%-də depressiya orta ağır və ya ağır dərəcədədir. Sığınacaqda qalanlar daha az depressivdirlər. Hesab edirik ki, bunun səbəbi sığınacaqda qalanların sosial-psixoloji reabilitasiya keçməsidir. Bu reabilitasiya onların depressiv vəziyyətini yaxşılaşdırır və belə nəticəyə gəlmək mümkündür ki, sığınacaq mərkəzlərində qadınların reabilitasiyası üçün zəruri addımlar atırlar”. Ekspert vurğulayıb ki, ən ağır depressiya ibtidai təhsillilərdə, ən azı isə bakalavr təhsili olanlarda görünsə də, bu iki təhsil səviyyəsi arasında ardıcıl artma (azalma) mövcud deyil. Lakin ər və arvad arasındakı təhsil fərqi zorakılığı və depressiyanı artırır: “Məşğulluq qrupları arasında da ciddi fərq mövcud deyil. Qadınlarda işləyən qrupda depressiya şkalası aşağı olsa da, bu fərq statistik mənada ciddi fərq hesab edilmir. Yəni qadınların işləyib-işləməməsi onların depressiyasında ciddi fərq yaratmır. Ailələrə maddi dəstəyin təhlilinə gəldikdə isə bunu müşahidə edirik ki, maddi dəstək depressiya vəziyyətinin azalmasına xidmət etmir. Təhlilərdən görünür ki, maddi dəstək almayan ailələrdə qadınlar daha az depressivdirlər. Maddi dəstəyi daha çox gəlir səviyyəsi aşağı olan ailələr alır. Belə nəticəyə gəlmək mümkündür ki, maddi dəstək ailələrin iqtisadi vəziyyətinə kömək etsə də, qadınların depressiv vəziyyətinin yüngülləşməsinə heç bir təsir etmir. Qadınların həyat yoldaşlarının yaxınları ilə birgə qalması və ya həyat yoldaşı ilə ayrı evdə yaşaması da depressiya vəziyyətinə ciddi təsir etmir. Hərçənd ki, qadınların həyat yoldaşlarının yaxın qohumları ilə birgə yaşayışı onların depressiyasını nisbətən artırsa da, bu fərq statistik mənada əhəmiyyətli hesab edilmir”.
Xəzər dənizində qəribə canlı peyda oldu like
  • 22 İyl 14:24  
Digərləri Xəzər dənizində qəribə canlı peyda oldu

Xəzər dənizində qeyri-adi hadisə baş verib.

arrow Ətraflı
Binəqədidə narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb (FOTO) like
  • 22 İyl 14:19  
Digərləri Binəqədidə narkotik vasitələrin satışı ilə məşğul olan qadın saxlanılıb (FOTO)

Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsinin əməkd

arrow Ətraflı
Nazir: “Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var” like
  • 22 İyl 14:19  
Dünya Nazir: “Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var”

Ölkəmizin havadan müdafiə sisteminə ehtiyacı var. "S-400" sistem

arrow Ətraflı
Qarabağ-ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşdi like
  • 22 İyl 14:18  
İdman Qarabağ-ın III təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşdi

Qarabağ-ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki

arrow Ətraflı
İtaliyada dəmir yolunda hərəkət iflic oldu: like
  • 22 İyl 14:15  
Dünya İtaliyada dəmir yolunda hərəkət iflic oldu:

İtaliyanın Milan-Neapol dəmir yolunda qatarların hərəkətində problem yar

arrow Ətraflı
"Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib (FOTO) like
  • 22 İyl 14:11  
Digərləri "Təbiətin keşiyində" eko-skaut düşərgəsi keçirilib (FOTO)

Şahdağ Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti eko-skaut dü

arrow Ətraflı
Azərbaycanda QƏRİBƏ HADİSƏ: like
  • 22 İyl 14:10  
Digərləri Azərbaycanda QƏRİBƏ HADİSƏ:

Məkkədən qayıdan Quba sakini atını kəfənləyərək dəfn edib. Səbəbi

arrow Ətraflı
İkinci dəfə ərə gedən Sevincdən qısa şortda like
  • 22 İyl 14:05  
Şou-biznes İkinci dəfə ərə gedən Sevincdən qısa şortda

İkinci dəfə ailə qurduqdan sonra Türkiyəyə köçən müğənni Sevinc Ağ

arrow Ətraflı
Bakı Fond Birjasında fyuçerslərin ticarətə buraxılması layihəsinə start verilib like
  • 22 İyl 14:02  
Digərləri Bakı Fond Birjasında fyuçerslərin ticarətə buraxılması layihəsinə start verilib

“Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında fyuçers törə

arrow Ətraflı
“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə! like
  • 22 İyl 14:01  
Digərləri “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

III ixtisas qrupu üzrə imtahan verən və "Jurnalistika" ixtisasına

arrow Ətraflı
Milli komandada məşqçi istefası like
  • 22 İyl 14:00  
İdman Milli komandada məşqçi istefası

Futbol üzrə Mərakeş yığması baş məşqçisiz qalıb.

arrow Ətraflı
Aidə Balayeva Qazaxıstan Prezidentinin müşaviri oldu like
  • 22 İyl 13:56  
Dünya Aidə Balayeva Qazaxıstan Prezidentinin müşaviri oldu

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aidə Balayevanı özünə müşavi

arrow Ətraflı
Beş güləşçimiz EYOF-un finalında like
  • 22 İyl 13:53  
Digərləri Beş güləşçimiz EYOF-un finalında

Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarı

arrow Ətraflı
Bakıda polis kapitanı qəza törətdi: like
  • 22 İyl 13:52  
Digərləri Bakıda polis kapitanı qəza törətdi:

Bakıda polis əməkdaşı qəza törədib.

arrow Ətraflı