Nazir: “Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var”


Dünya 22 İyl 2019 14:19:00 220 0

Nazir: “Trampın Türkiyəyə sanksiyanı ləğv etmək hüququ var”

Ölkəmizin havadan müdafiə sisteminə ehtiyacı var. "S-400" sistemindən baha olmasına baxmayaraq, ABŞ-dan "Patriot" istədik, müxtəlif bəhanələrlə bundan imtina etdilər.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Çavuşoğlu bildirib ki, ABŞ prezidenti Donald Tramp bu məsələni bildiyi üçün Türkiyəyə sanksiya tətbiq etmək istəmir: "Donald Tramp Yaponiyada verdiyi vədə əməl etməyə çalışır. Onun bu sanksiyanı dayandırmaq və ya ləğv etmək hüququ var".

Qeyd edək ki, Türkiyənin Rusiyadan "S-400" Zenit raket-müdafiə sistemini alması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub.