“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!


Digərləri 22 İyl 2019 14:01:00 231 0

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

III ixtisas qrupu üzrə imtahan verən və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır. İmtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və "Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlər 22-25 iyul 2019-cu il tarixlərindəhttp://eservices.dim.gov.az/erizebak/jurnalistika/ internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, qeydiyyatdan keçən abituriyentlər təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə "Jurnalistika" ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

"Jurnalistika" ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 1-də keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı "Jurnalistika" ixtisasını da seçə bilərlər.