Ziya Bünyadov prospektində qəza - Yolda tıxac yarandı (FOTO)


Digərləri 22 İyl 2019 13:03:00 216 0

Ziya Bünyadov prospektində qəza - Yolda tıxac yarandı (FOTO)

Bakının əsas prospektlərinin birində qəza baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakının əsas prospektlərinin birində qəza baş verib. Trendin məlumatına görə, hadisə bir qədər əvvəl Ziya Bünyadov prospekti ilə Ə.Rəcəbli küçəsinin kəsişməsində qeydə alınıb. "Koroğlu" metrostansiyası istiqamətində hərəkətdə olan "Chevrolet" və "Mercedes" avtomobilləri arasında baş vermiş qəza yolda sıxlıq yaradıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib ki, hadisə səbəbindən qeyd olunan yolda tıxac var.