İtaliyada dəmir yolunda hərəkət iflic oldu - Elektrovoz yanıb


Digərləri 22 İyl 2019 12:55:00 226 0

İtaliyada dəmir yolunda hərəkət iflic oldu - Elektrovoz yanıb

İtaliyanın Milan-Neapol dəmir yolunda qatarların hərəkətində problem yaranıb.

Bakı. İtaliyanın Milan-Neapol dəmir yolunda qatarların hərəkətində problem yaranıb. Trend-in məlumatına görə, problem Florensiya yaxınlığında elektrovozda baş vermiş yanğınla əlaqədardır. Hazırda qatarların hərəkətində ləngimələr qeydə alınır. "İtaliya Dövlət Dəmir Yolları" faktı təsdiqləyib.