Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb


Digərləri 22 İyl 2019 11:47:00 214 0

Türkiyədə daşınmaz əmlak alan Azərbaycan vətəndaşlarının sayı artıb

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 531 daşınmaz əmlak obyekti əldə ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 117 dəfə çoxdur.

Bakı. 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan vətəndaşları Türkiyədə 531 daşınmaz əmlak obyekti əldə ediblər ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 117 dəfə çoxdur. Trend-in məlumatına görə, bu barədə Türkiyə Dövlət Kadastrı və alqı-satqı Agentliyi məlumat verib. Məlumatlara görə, bu ilin yanvarında Azərbaycan vətəndaşları Türkiyədə 95, fevralda 105, martda və apreldə 87, mayda isə 90 daşınmaz əmlak alıb.