Heç bilirsiniz ki, “Maxi.az"ın mənə bağışladığı hədiyyə ilə braziliyalı Şakiranın nə əlaqəsi var?!


Digərləri 22 İyl 2019 11:00:00 311 0

Heç bilirsiniz ki, “Maxi.az"ın mənə bağışladığı hədiyyə ilə braziliyalı Şakiranın nə əlaqəsi var?!

Mənə elə birisini göstərin ki, hədiyyə almaqdan xoşu gəlmir. Amma elm, texnika və ticarətin müasir inkişafını nəzərə alıb tam səmimiyyətlə deyirəm ki, hədiyyənin məzmunu və mahiyyəti ilə bu gün az adamı təəccübləndirmək olar. O ki qala jurnalisti...

22 iyul - Jurnalistika günü münasibəti ilə gözəl korporotiv hədiyyələr aldım. Heç kimin xətrinə dəymək istəmirəm, amma, əzizlərim, evdə şəkil çərçivəsi, qələm komplektləri və stolüstü saatları qoymağa artıq yerim yoxdur. Amma bir hədiyyə elə ürəyimcə oldu ki, az qala ixtisasımı dəyişib İntegral Plus mağazalar şəbəkəsinin əsasında qurulmuş Maxi.az şirkətində kosultant - satıcı işləməyə başlayım. Bir neçə jurnalist kolleqamla birgə Jurnalist gününə hədiyyə olaraq İnteqral şirkətlər qrupu bizə holdinqin ofisinə və Gənclik Mall-dakı Maxi.az mağazasına ekskursiya təşkil etdi. Amma ən maraqlısı holdinqin binasında yerləşən Keyfiyyət Akademiyasında keçdiyimiz intensiv treninq oldu. Məşhur trener Nurana Əliyevanın bir saatlıq məruzə və qarşılıqlı sual - cavabdan sonra hər birimiz artıq özünü bu kreativ şirkətin işçisi hesab edirdi.

Sən demə, mağazaya daxil olduğu vaxtla kassirə pul uzadıb istədiyin malı almaq anı arasında böyük bir psixoloji iş gedir. Bu, o demək deyil ki, Keyfiyyət Akademiyasında treninq keçmiş işçilər psixoloji metodlardan istifadə edib müştərinin istəmədiyi malı ona güclə aldırırlar. Sadəcə, professional satıcı - konsultantlar düzgün seçim etməkdə ona yardımçı olurlar.

Əlbəttə ki, bugünkü bazar iqtisadiyyatının tələblərinə əsasən treninqin keçmə üsulu və proqramı sirr olaraq saxlanılır. Bircə onu deyim ki, İnteqral şirkətlər qrupunun ən əsas və önəmli tərkib hissələrindən biri olan Keyfiyyət Akademiyasının dizaynı və treninqin proqramının Azərbaqcanda analoqu yoxdur.

Holdinqin ofisindəki ekskursiyamız zamanı çox maraqlı və kreativ insanlarla tanış olduq: HR, yəni kadrlarla iş üzrə şöbənin müdiri  İlqar Babazadə, Сall mərkəzin rəhbəri - Kəmalə Əliyeva,

Bonus plus şöbəsinin müdiri - Asif Qurbanov.

İlqar Babazadə işə götürülərkən namizədlərdən tələb olunan xüsusuyyətlər barəsində və jurnalistlərin suallarına cavablandıraraq şirkətin işçiləri üçün yaratdığı əla korporativ abu-hava haqqında danışdı.

Сall mərkəzin rəhbəri  Kəmalə Əliyeva şöbəsinin strukturundan danışdı və səkkiz operatorun dayanmadan telefon zənglərinə cavablandırmasından və bütün problemlərin müsbət həll olunması haqqında bizə məlumat verdi. Kolleqamızın ən maraqlı zəng haqqında sualının cavabı hamımızı güldürdü.

Maxi.az-dan telefon və nömrə alan müştəri Сall mərkəzə zəng edərək xahiş edib ki, Braziliyalı müğənni Şakiradan gələn zənglər onun ailəsində problem yaratdığı üçün bunun qarşısını alsınlar.

Bonus Plus loyal şöbəsinin rəhbəri Asif bəy Bonus plus proqramının plastik kartla deyil, artıq smartfon vasitəsi ilə həyata keçirildiyindən danışdı. Əlbəttə ki, bu maraqlı bir yenilik oldu. Həm də Bonus Plus proqramı İnteqral holdinqinə daxil bütün şirkətlərdə keçərlidir.