“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digərləri 22 İyl 2019 10:53:11 283 0

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib

Bakı. InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib. Trend həmin məlumatı təqdim edir: EUR Avropa mərkəzi bankının cümə axşamı faiz qərarı və gələcək siyasətinə dair edəcək yeni açıqlamaları öncəsi EUR/USD 1.12$-a ticarət edilməkdədir. Bankın faizlərində dəyişiklik edəcəyi gözlənilməsə də, iqtisadiyyata dəstək olmaq üçün yeni pul-kredit siyasəti strategiyası açıqlaya bilər. İyun ayının əvvəlində bu haqda danışan sədr, bazarlarda böyük ümidlər yaradıb. Dünya birjalarında avronun 1.14$-a kimi bahalaşa biləcəyi proqnozları güclü olaraq qalır. GBP GBP/USD məzənnəsi isə 1.24$-da dəstək görərək, 1.25$-a kimi bahalaşıb və 1.26$-a kimi də bahalaşa bilər. Lakin çərşənbə axşamı İngiltərədə mühafizəkarlar partiyasının yeni sədri seçildikdən sonra birbaşa baş nazir səlahiyyətlərinə də sahiblənmiş olacaq. Boris Consonun seçilməsi ehtimalları yüksək olduğu üçün sərt Breksit tərəfdarı kimi ölkədə siyasi və iqtisadi risklərin artmasına da səbəb olacağı ehtimalları yüksəkdir. Digər tərəfdən ölkə parlamenti qəbul edəcək yeni qanunlarla sərt Breksitin də qarşısını almağa çalışır. TRY Türkiyə ilə Avropa arasında da siyasi gərginliyin artması ehtimalları, USD/TRY məzənnəsi üçün rəskləri daha artırıb. Beləliklə, məzənnə cümə gününün dəstək səviyyəsi (5.60TL) üzərində qaldıqca, 5.72 və 5.80TL-yə kimi bahalaşa bilər. Bununla yanaşı, cümə axşamı Bakı vaxtı ilə saat 15:00-da TCMB-nin yayımlayacağı yeni faiz qərarı da investorların diqqət mərkəzindədir. Faizlərin azaldılması proqnozlaşdırılır.