Lənkəranda tullantıları ətrafa atan 4 istirahət obyekti cərimələndi - SƏBƏB antisanitariya (FOTO)


Digərləri 22 İyl 2019 10:35:00 197 0

Lənkəranda tullantıları ətrafa atan 4 istirahət obyekti cərimələndi - SƏBƏB antisanitariya (FOTO)

Lənkəranda fəaliyyət göstərən 4 istirahət obyekti tullantıları ətrafa atdığı cərimələnib.

Bakı. İlhamə İsabalayeva - Lənkəranda fəaliyyət göstərən 4 istirahət obyekti tullantıları ətrafa atdığı cərimələnib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər nəticəsində Lənkəran şəhərində dənizkənarı ərazilərdə fəaliyyət göstərən “Həsirli”, “Panorama”, “Meduza”, “Dağlaroğlu”adlı istirahət məkanlarından tullantıların ətrafa atılması faktı aşkar edilib.