Bakı Ali Neft Məktəbi mətbuat işçilərini təbrik edib


Digərləri 22 İyl 2019 10:10:00 188 1

Bakı Ali Neft Məktəbi mətbuat işçilərini təbrik edib

Bakı Ali Neft Məktəbi (BANM) mətbuat işçilərini təbrik edib.

Bakı. Bakı Ali Neft Məktəbi (BANM) mətbuat işçilərini təbrik edib. Təbrikdə deyilir: "Dəyərli həmkarlar, Sizi 22 iyul Milli Mətbuat Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı bildiririk. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan Milli Mətbuatının inkişafında təmsil etdiyiniz mətbu orqanın fəaliyyəti danılmazdır.