Avropa Gənclər Yay Olimpiya Festivalında 18, "Jara" festivalında 7 nəfər tibbi yardım aldı


Digərləri 22 İyl 2019 10:05:00 181 0

Avropa Gənclər Yay Olimpiya Festivalında 18, "Jara" festivalında 7 nəfər tibbi yardım aldı

İyulun 19 dan 22-ə qədər XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub.

Bakı. İlhamə İsabalayeva - İyulun 19 dan 22-ə qədər XV Avropa Gənclər Yay Olimpiya Festivalı məkanlarında növbətçilik çəkən təcili tibbi yardım briqadalarına ümumilikdə 18 müraciət olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cağırışlardan 4-ü "Atletlər" kəndinə, 4-ü qonaqların yerləşdiyi hotellərə, 3-ü yarışlar keçirilən idman arenalarına, 2-si Bayraq Meydanına, 3-ü "Kristal Holl"a, 1-i İdman Akademiyasına, 1-i Hövsan Fövqəladə Hallar Nazirliyinə aid olub. Müraciət edənlərdən 3-ü Kliniki Tibbi Mərkəzə, 1-ü 3 saylı Şəhər Klinik Xəstəxanasınə çatdırılıb. Qalan şəxslərə yerində yardım göstərilib. Müraciət edənlərin 4-ü xarici ölkə, digərləri isə Azərbaycan vətəndaşlarıdır.