Mingəçevir su anbarında 1 nəfər batıb,


Digərləri 22 İyl 2019 09:55:00 249 0

Mingəçevir su anbarında 1 nəfər batıb,

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Mingəçevir su anbarında, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Son.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.​