Mingəçevir su anbarında 1 nəfər batıb, axtarış aparılır


Digərləri 22 İyl 2019 09:31:00 229 0

Mingəçevir su anbarında 1 nəfər batıb, axtarış aparılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Mingəçevir su anbarında, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub

Bakı. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Mingəçevir su anbarında, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.​